Xəbər lenti

Ekonomiks 10:33 26.12.2024

"Mars-A" gömrük bəyannaməsi təqdim etməyib?

"Mars-A" şirkəti barəsində inzibati protokol tərtib edilib. 

Valyuta.az xəbər verir ki, şirkətə qarşı İnzibati Xətalar Məcəlləsinin 493-cü (Gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsi) maddəsi ilə ittiham irəli sürülüb. 

İş baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib. 

493-cü maddəyə görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->