Xəbər lenti

Krımda 2014-də Rusiyanın ələ keçirdiyi Ukraynaya gəmisi dronla vuruldu
Dünya 12:47 26.12.2024

Krımda 2014-də Rusiyanın ələ keçirdiyi Ukraynaya gəmisi dronla vuruldu

Krımda 23 dekabr tarixində dronlar "Fedor Uryupin" gəmisini hədəfə alıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Krımski veter” monitorinq kanalı mənbələrinə istinadən 26 dekabrda məlumat yayıb.  

Məlumata görə, gəmi Çernomorskoye qəsəbəsi yaxınlığındakı körfəzdə zərbə alıb.  

Pilotsuz uçuş aparatı gəminin gövdəsinə çırpılıb, zərbə su xəttindən yuxarıda baş verib, lakin gəmi batmayıb.  

"Fedor Uryupin" gəmisi Ukrayna şirkəti "Çernomornefteqaz”a məxsusdur və 2014-cü ildə Krımın ilhaqı zamanı Rusiya tərəfindən ələ keçirilib.  

"Krımski veter”in məlumatına görə, son vaxtlar bu gəmidən istifadə olunmurdu.  

Ukrayna tərəfi hələ ki, Krımda dron hücumu və onun nəticələri ilə bağlı açıqlama verməyib.  

Məlumdur ki, "Fedor Uryupin" yedək gəmisi, "Mıs Tarxankut" gəmisi ilə birlikdə, 2010-cu ildən sonra Krımda qaz platformalarının ("Boyko qurğuları") tikintisindən sonra Ukrayna tərəfindən alınıb. Həm qaz platformaları, həm də gəmilər "Çernomornefteqaz” şirkətinə məxsusdur.  

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->