Qəzadan sağ çıxan bələdçi ailəsi ilə danışdı (VİDEO)
Qəzaya uğrayan təyyarədən sağ-salamat xilas ola bilənlərdən biri də bələdçi Zülfüqar Əsədovdur.
Qaynarinfo xəbər verir ki, onun ailəsi xəbəri eşidəndə şok keçirdiklərini bildirib. Lakin ailə başçısı ilk fürsətdə onlarla əlaqə saxlayıb, yaxşı olması barədə məlumat verib.
Zülfüqar Əsədovun oğlu deyib ki, atası başından, belindən, böyrəyindən xəsarətlər alıb.
Qeyd edək ki, Zülfüqar Əsədov otuz ildən çoxdur ki, aviasiya sahəsində çalışır.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər