Xəbər lenti

Quterreş təyyarə qəzası ilə bağlı başsağlığı verdi
Siyasət09:09 26.12.2024

Quterreş təyyarə qəzası ilə bağlı başsağlığı verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
BMT-nin Baş Katibi Antonio Quterreş Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verib.
Qaynarinfo xəbər verir ki, bu barədə BMT-nin rəsmi saytı məlumat yayıb.
"Baş katib, Qazaxıstanın qərbində baş vermiş və Azərbaycan, Qazaxıstan, Qırğız Respublikası və Rusiya Federasiyasının vətəndaşları da daxil olmaqla, çoxlu sayda insanın həlak olmasına səbəb olmuş təyyarə qəzası xəbərindən dərin kədər hissi keçirir.
O, olanların ailələrinə dərin hüznlə başsağlığı verir və hadisədən təsirlənmiş ölkələrlə həmrəyliyini ifadə edir. Baş katib, həmçinin Baş katib, həmçinin bu faciəvi hadisədə yaralananların tez və tam sağalmasını arzulayır”, - bəyanatda bildirilir.