Xəbər lenti

Turizm Agentliyi bu şirkətə 2 həftədə 5 milyonluq sifariş verib
Ekonomiks12:22 26.12.2024

Turizm Agentliyi bu şirkətə 2 həftədə 5 milyonluq sifariş verib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dövlət Turizm Agentliyinin keçirdiyi tender müsabiqəsinə yekun vurulub.
Valyuta.az xəbər verir ki, tender Lahıc qəsəbəsində yerləşən Lahıc Dövlət Tarixi-Mədəniyyət Qoruğunun abadlaşdırılması işlərinin satınalınması ilə bağlı idi. Tenderin qalibi "Ricon” MMC olub. Tərəflər arasında imzalanacaq satınalma müqaviləsinin dəyəri 1 milyon 336 min 378 manat təşkil edir.
"Ricon” MMC bu ayın 12-də də Dövlət Turizm Agentliyinin Daşaltı kəndində turizm infrastrukturunun yaradılması ilə bağlı tenderin qalibi olmuşdu. Şirkətlə Agentlik arasında 3 milyon 607 min 758 manat dəyərində satınalma müqaviləsi bağlanmışdı. Bununla da, Agentlik bu ay şirkətə 4 milyon 944 min 136 manat məbləğində sifariş verib.
Qeyd edək ki, "Ricon” MMC 2006-cı ildə yaradılıb. Nizamnamə kapitalı 20 manat olan şirkətin qanuni təmsilçisi Zahidov Təlatüm Təvəkgül oğludur.