Xəbər lenti

Ölkə 13:48 09.06.2023

"20 min insanın işlədiyi məntəqələri bağladılar, indi "qara bazar" işləyir"

"Azərbaycanda 10 minə yaxın valyutadəyişmə məntəqəsi bağlanıb. İndi bankların filiallarında fəaliyyət göstərir. Orada 20 min insan işləyirdi. Onu 4-ə vuranda 80 min insanın dolanışığı idi".

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, indi valyutadəyişmə ilə bağlı "qara bazar" fəaliyyət göstərir:

"Metrostansiyaların qarşısında, bağlarda dollar dəyişmək üçün "qara bazar" fəaliyyət göstərir. 90-cı illərə qayıtmışıq. Azərbaycana turistlər gəlir. Şənbə və bazar günü banklar işləmir. Bir-iki növbətçi yer olur. Onlar pulunu harada dəyişməlidir? Məsələn, Əhmədlidə pulunu dəyişmək istəyən şəhərin mərkəzinə gəlməlidir".
 
Qafqaz Rafiqoğlu

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->