Bu ilin mart ayında Bakı şəhərinin kirayə mənzil bazarında aktivlik azaldığından qiymətlər aşağı düşüb. Bu barədə fins.az "MBA Consulting Group" şirkətinə istinadən xəbər verir.
Belə ki, orta kirayə qiyməti manatla ifadədə 4% azalaraq 665 manatdan 639 manata, dollarla ifadədə ifadədə isə 28% azalaraq 848 dollardan 609 dollara düşüb. Xarici valyutada ucuzlaşmanın nisbətən çox olması bu ilin fevral ayında Azərbaycanda manatın kəskin şəkildə dəyərdən salınması ilə bağlıdır.
Qaynar.info
Şərhlər