Xəbər lenti

56 yaşlı yapon futbolçudan yeni müqavilə
İdman 22:55 12.07.2023

56 yaşlı yapon futbolçudan yeni müqavilə

Yaponiyanın ən yaşlı futolçusu Miura Kazuyoşi hazırda çıxış etdiyi "UD Oliveyrense" ilə yeni müqavilə bağlayıb.

Qaynarinfo-nun məlumatına görə 56 yaşlı hücumçu daha bir il Portuqaliya klubunun formasını geyinəcək. 

Müqavilə ilə "Yokohama"ya məxsus olan Miura 2023-cü ilin yanvarında "Oliveyrense"yə altı aylıq icarəyə verilmişdi. Portuqaliya təmsilçisi bu yay müqaviləsinin vaxtı bitən yaponiyalı ilə davam etmək qərarına gəlib. 
 
Karyerası ərzində ölkəsi xaricində Braziliyada "Santos", "Palmeiras", "Koritiba", İtaliyada "Cenoa",  Xorvatiyada "Dinamo" (Zaqreb) və Avstraliyada "Sidney"in formasını geyinmiş "Kral Kazu” ləqəbli yapon ötən il Portuqaliya klubuna keçidindən sonra mətbuata açıqlamasında 60 yaşına qədər oynamaq istədiyini bildirmişdi. 
 
Miura 1990-2000-ci illərdə forma geyindiyi Yaponiya millisində meydana çıxdığı 89 oyunda 55 qola imza atıb.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->