Kəlbəcər
deyəndə gözümün qarşısına şəkillərdə gördüyüm füsunkar mənzərəsindən də əvvəl əsrarəngiz
bir adam gəlir.
Şair
adam.
Şücaət
Kəlbəcərli.
Əslində,
şairlər özlərinə doğulduğu yerlərin adını götürəndə, bir az qıcıq oluram. Bunun
dar təfəkkürün, mənasızlığın göstəricisi olduğunu düşünürəm. Amma nədənsə, Şüacət
Kəlbəcərli tək istisnamdır. Bəlkə də, Şücaəti oxumasam, Kəlbəcəri sevməzdim.
Şücaəti bu təxəllüsdən başqa bir adda təsəvvür də etmirəm. Çünki o, Kəlbəcərin
özüdür.
İndi şeirləri
dillər əzbəri, məclislər bəzəyi olan, şair kimi şair ömrü sürən Şücaət də nə
xoş olardı ki, bu günləri görsün, son dəfə vurğunu olduğu, təxəllüs götürdüyü,
doğulub böyüdüyü o torpaqlara gedə bilsin. Amma əfsus ki, əzrayıl bu məsələdə
şair, yazıçı, müğənni bir sözlə, kimliyindən asılı olmayaraq heç kimi tanımır,
heç kimə güzəştə getmir.
Məhəbbət
Kazımova getdimi?! Getmədi! Qədir Rüstəmova getdimi?! Getmədi! Şücaətə də getməzdi,
getmədi!
Əslində,
Şücaəti şair kimi sevməyimin ən böyük səbəbi onun təbiəti, xarakterdir. Nədənsə,
şairi daha çox onun kimi görürəm. Mərdliyi, cəsarəti, qorxmazlığı yerində olan,
mərdi-mərdanə Kəlbəcər şairi Şücaət kimi.
Hansı
ki, gəncliyi də xarakterinə görə başıbəlalı keçmişdi.
Özü
demiş:
Bəlalı
başımın qalmaqalıyla,
Hər
yerdə, hamıdan seçilmişəm mən.
Zəhərdən
acıdır bəxtim, taleyim,
Pis
günün boyuna biçilmişəm mən.
Pis
günün ömrü az olarmış. Amma bizim bu pis günlər illər apardı. Bir az çox oldu,
o yaxşı adamlar, yaxşı şeirlər yazıb getdilər.
Kəlbəcərsiz
ömür sürmək az imiş kimi, bu ömrün 8 ilini də məhbəsdə keçirmişdi. Elə öz
torpağında, hələ univeristetdə oxuyarkən Kəlbəcərdə vurduğu mağaza müdirinə görə
həbs olunmuşdu. Geriyə nə qaldı? Oxumamış deyilsiniz o məhşur və məşum şeiri:
Deyin,
dustaqları buraxacaqlar,
qoy qəm
bozartmasın üzün anamın.
Deyin,
qırılacaq zülmün zənciri,
birtəhər
başını yozun anamın.
Zəhər
gizlənibmiş aşımın altda,
Bir dərya
var imiş qaşımın altda…
Yastıq
daşa dönür başımın altda,
Burda
hardan alım dizin anamın?
Taleyi
şil-şikəst, fikri sağ oldum,
Sevinci
bir zərrə, dərdi dağ oldum.
Gah əsir,
gah xəstə, gah dustaq oldum,
Qoymadım
quruya gözün anamın.
Talanmış
ömürdü, gündü, neyləyim,
Baxtımın
çırağı söndü neyləyim.
Sevinci
fəğana döndü, neyləyim,
Söhbəti
nəğmədən həzin anamın.
Sücaət,
etdilər talan ömrümü,
Kor
olsun daşlara çalan ömrümü.
Talanan
talanıb, qalan ömrümü
Ömrünün
üstünə yazın anamın.
Olanlarla
barışmayan, haqsız həbslərə etiraz edən Dəlidağlı Şücaət...
Taladılar,
alovlara çatdılar,
Gözüm
kimi saxladığım illəri!
Xoşbəxtlikdən
bulaq kimi durulub,
Tərtər
kimi çağladığım illəri!
Bəli.
Məhz şair taleyi, şair Şücaətin taleyi bu şeirlərdə yatır həm də.
Anasının
dizini tapıb başının altına qoya bilməyən Şüacətin taleyi də şil-küt oldu. Dediyi
kimi, əsir də oldu, məhbus da oldu, xəstə də oldu, hələ azmış kimi, gəldi bu xəstəlikdən
əbədiyyət də oldu. Getdi o xəstəliklə...
Bütün
bu məsələlərin fonunda isə qazanan ədəbiyyatdır, qazanan bizlərik. Kimisi bu
dünyada Şücaəti yaxından tanımaqla, kimisi
onları oxuyub ruhlarını diri tutmaqla.
İndi
könül istərdi ki, o gözəlim sənətkarların hər biri sağ olaydı, oturaydıq, içəydik
bir yerdə, "Laçınım” səslənəydi, "Sona Bülbüllər”i dinəydi, Şücaətin şeirləri
ağrıdardı.
Hər
sözü hər misrası nəğmə Şücaət. Kəlbəcərin alınmasından sonra bir daha təkrarən
qayıdıb oxudum. Tez-tez oxusam da, bu dəfə sanki oxumaqla xəbər verirəmmiş kimi
oldum. Doldum, şairim, doldum. Oxudum bu şeiri, doldum.
"Gedənləri
anda verib yolundan,
Saxlayıram,
yatmıram ki, gecələr.
Düz altmış
min göz-göz olan yaranı,
Bağlayıram,
yatmıram ki, gecələr.
Yurd-yuvamız
viran olub talanıb,
Bulaqların
nəğməsi də bulanıb.
Addım-addım
o dağları dolanıb,
Yoxlayıram,
yatmıram ki, gecələr.
Çox
yanmışam olmamışam belə mən,
Dərd çəkməyə
yaranmışam elə mən.
Gah
dönürəm aşıb-daşan selə mən,
Çağlayıram,
yatmıram ki, gecələr.
Sonra
o biri şeirlərini də oxudum. Yəqin, məni eşitdin. Kəlbəcərə yazdığın o ağrılı
misraları oxuyanda elə bilirəm, sən də ora gedəcəksən, birgə qayıdacağıq yurda.
Kəlbəcər qayıtmaqla bəzi şeirlər aktuallığını itirsə də, ağrısı hələ də qalır,
qalacaq.
Yenə əvvəlki
tək bahar gələndə
Bənövşə
yollara çıxırmı görən?
Yenə
sürünürmü duman dağlara,
Yenə
ildırımlar çaxırmı görən?
Darıxma,
tələsmə canım, yavaş keç,
Yüz rəng
var, hansını seçirsənsə seç,
Yenə
göyqurşağı nazlanırmı heç,
Yenə
gözlərini sızırmı görən?
Könlümdə
həsrətdən qurulub saray,
Belə də
ayrılıq olar, ay haray,
Millinin
üstündən bədirlənmiş ay,
Bizim
aynəbəndə baxırmı görən?
Soyuyan
ocaqlar, sönən ocaqlar,
Bir
buz parçasına dönən ocaqlar,
İndi
yuxularda yanan ocaqlar,
Hamını
yandırıb, yaxırmı görən?
Vətənin
dərdini, çölün dərdini,
Çiçəyin
dərdini, gülün dərdini,
Bu
qaçqın, didərgin elin dərdini,
Satqınlar
gözünə soxurmu görən?
Orda
qaldı eyş-işrət də, nəşə də,
Qəlbim
kimi ciliklənməz şüşə də,
Şapıların
üstündəki meşədə
Sücaət
bulağı axırmı görən?
Elə
bilirəm, bu şeirinin cavabını özün alacaqsan, doğma şair. Özün öz gözünlə görəcəksən
soruşduqlarını.
Əfsus,
ay şair, səd-əfsus.
Yaşayarkən
də, ölərkən də xalqın adsız xalq şairi olmağı bacarmaq da mənə elə gəlir hər
şairə qismət olmur. Məhz bu xalq, Şücaət şeirlərini sevənlər onu adsız da özlərinin,
ellərin şairi bilirlər, bildilər.
"Mənim
muzeyim də, mətbuatım da
Elin
ürəyidir, el də bəsimdi".
Məhz
Şücaət idi bu xalqın içində olan, özümüz olan. Sözü ilə də, özü ilə də. Ruhən də,
cismən də. Başqalarına olan ədalətsizliklərə də göz yummayan xalq şairi.
Yaxşı
yaman bilən gündən,
Elin səsi
səsim olub.
Biri
haqsız döyüləndə,
Qəlbim
əsim-əsim olub.
Dodaqlardan
atılan ox,
Sücaətə
dəyibdi çox,
Dağlardakı
duman, çən yox,
Mənim
tüstüm, hisim olub!
Həəəə.
Nə etməli?
Şücaət,
neyləyək baxt belə baxtdı.
Darıxma,
hər şeyi həll edən vaxtdı
Bir
gün gülə-gülə qayıdacaqdır
Ağlaya-ağlaya
köçən Kəlbəcər.
Belə,
gözəl şair, mərd şair. Qayıtdı. Gülə-gülə qayıtdı. Necə istəyirdin, necə
demişdin, elə qayıtdı. Heyif ki, sən qayıda bilməyəcəksən. Bir də bu dünyaya
Şücaət çətin gələ. Ruhun şad olsun, Kəlbəcərli Şücaət. Yaxşı ki, bu dünyadan gəlib
keçdin. Rahat uyu!
Orxan Saffari
Şərhlər