XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

İtaliya polisi dəyəri 10 milyon dollardan çox olan oğurlanmış əsərləri tapdı
Sənət00:40 15.08.2026

İtaliya polisi dəyəri 10 milyon dollardan çox olan oğurlanmış əsərləri tapdı

İtaliya polisi Parma yaxınlığındakı “Fondazione Magnani Rocca” muzeyindən oğurlanmış və ümumi dəyəri 10 milyon dollardan çox olan üç qiymətli rəsm əsərini aşkar edib. Əsərlər dünya şöhrətli rəssamlara məxsusdur.

Qaynarinfo-nun verdiyi məlumata görə, İtaliya polisi bir neçə ay əvvəl oğurlanmış, ümumi dəyəri 10 milyon dollardan çox olan üç rəsm əsərini tapıb.

Parma polisinin rəhbəri Andrea Palyaro (Andrea Pagliaro) şənbə günü AFP informasiya agentliyinə bildirib ki, oğurluqla bağlı doqquz Moldova vətəndaşı barəsində istintaq aparılır. Onlardan beşinin soyğunçuluqda iştirak etdiyi güman olunur.

Rəsm əsərləri martın sonlarında, üç dəqiqədən az davam edən oğurluq zamanı İtaliyanın şimalındakı Parma şəhəri yaxınlığında yerləşən “Fondazione Magnani Rocca” muzeyindən aparılıb.

İtaliyanın daxili təhlükəsizlik qüvvəsi olan karabinyerlər və onların mədəni irsin qorunması üzrə bölməsi şənbə günü yaydıqları açıqlamada Pol Sezan (Paul Cézanne), Pyer-Ogüst Renuar (Pierre-Auguste Renoir) və Anri Matissin (Henri Matisse) əsərlərinin Parmadakı mənzillərdən birində aşkarlandığını bildiriblər.

Rəsm əsərlərinin yaşı bir əsrdən çoxdur. Polis oğurluğun arxasında mütəşəkkil qrupun dayandığını ehtimal edir.

Polisin şənbə günü yaydığı videoda martın 22-də baş verən oğurluq anı əks olunub. İki maskalı şəxs muzeyə pəncərədən daxil olur, divardakı rəsm əsərlərini götürür və onları çöldə gözləyən əlbirinə ötürür. Oğurluq zamanı həyəcan siqnalı işə düşüb.

Bununla yanaşı, Braziliya hakimiyyəti cümə axşamı gecəsi Matissə məxsus digər rəsm əsərlərinin də tapıldığını açıqlayıb. Təxminən 200 min dollar dəyərində olan əsərlər dekabr ayında oğurlandıqları kitabxanaya qaytarılıb.

Rəsm əsərləri San-Bernardu-du-Kampu (São Bernardo do Campo) ərazisində tapılıb. Hadisə ilə əlaqədar bir nəfər həbs olunub.