XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Alim Qasımov 63 yaşında: "Yaşlaşdıqca adama can sağlığı lazım olur"
Sənət11:47 14.08.2026

Alim Qasımov 63 yaşında: "Yaşlaşdıqca adama can sağlığı lazım olur"

Xalq artisti, məşhur xanəndə Alim Qasımovun doğum günüdür.

63 yaşını qeyd edən sənətçi Qaynarinfo-ya açıqlamasında şad günündə özünə Allahdan can sağlığı arzuladığını deyib:

"Dünyamız əmin-amanlıq içində olsun, vətənimiz, insanlarımız xoşbəxt olsun. Hamıya can sağlığı arzu edirəm. Can sağlığı çox önəmlidir. Yaşlaşdıqca insana sağlamlıq daha çox lazım olur. Bədəndə ağrılar, nasazlıq olanda insanın gözündə həyat heç nəyə çevrilir".

Alim Qasımov 63 yaşını Güzdəkdəki bağ evində ailəsi ilə birlikdə qeyd edəcək:

"Ailəmlə bir tikə Allahın verdiyindən yeyib-içib qeyd edəcəyik".

Bahar Rüstəmli