XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Fərhad Ələkbərov AAYDA-da departament müdiri təyin edildi
Ekonomiks15:58 19.08.2026

Fərhad Ələkbərov AAYDA-da departament müdiri təyin edildi

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) daha bir təyinat olub.

"Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı AAYDA sədri Vüsal Nəsirli müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Fərhad Ələkbərov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Hüquqi təminat departamentinin müdiri təyin edilib.

F.Ələkbərov bundan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Övladlığa götürmə və alternativ qayğı siyasəti şöbəsinin müdiri vəzifəsində çalışırdı.