XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Azərbaycanda II Dünya müharibəsinin neçə veteranı yaşayır?
Ölkə10:25 19.08.2026

Azərbaycanda II Dünya müharibəsinin neçə veteranı yaşayır?

Azərbaycanda II Dünya müharibəsinin iştirakçıları olan veteranların sayı azalıb.

Qaynarinfo xəbər verir ki, modern.az saytının Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, hazırda 1941-1945-ci illər müharibəsi iştirakçıların sayı 8 nəfərdir. Həmin şəxslərə ayda 330 manat Prezident təqaüdü verilir.

Qeyd edək ki, may ayında onların sayı 13 nəfər idi. Bu isə o deməkdir ki, son iki ayda 1941-1945-ci illər müharibəsi iştirakçılarındn daha 5 nəfər dünyasını dəyişib.

II Dünya müharibəsində faşizm üzərində qələbənin qazanılmasında 600 mindən çox azərbaycanlı iştirak edib. Onların yarısı – 300 min nəfəri müharibədə həlak olub. 300 min azərbaycanlı isə müharibədən sağ qayıdıb...