XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Əlisa Nicat üçün yardım kampaniyası uğursuz oldu (SƏBƏB)
Ölkə14:38 19.08.2026

Əlisa Nicat üçün yardım kampaniyası uğursuz oldu (SƏBƏB)

Yazıçı Əlisa Nicatın 90 yaşı tamam olub. Bu məqsədlə “Qanun” nəşrlər evinin direktoru Şahbaz Xuduoğlu yubliyarı ziyarət edib. Şahbaz Xuduoğlu onun evində olarkən yazıçı ilə söhbətini videoya çəkib və onu sosial şəbəkədə paylaşıb.

90 yaşlı yazıçının sosial həyatı hər kəsdə narahatlıq doğurub və ona yardım etmək üçün Şahbaz Xuduoğluna müraciət edənlərin sayı çoxalıb.

Şahbaz Xuduoğlu Qaynarinfo-ya açıqlamasında deyir ki, bank kartları ilə bağlı yeni qaydalara görə Əlisa Nicatın yardım kampaniyası uğursuz nəticələnib:

"Gün ərzində yalnız 5 adam Əlisa Nicatın bank kartına pul köçürə bilər. 6-cı şəxsin pulunu kart qəbul etmir. Növbəti gün isə daha 5 nəfər, bu istəlinən nəticəni verməyəcək. Kim kömək etmək istəyirsə, Əlisa Nicatın telefonunu verirəm, ya evinə getsinlər, ya da kimlərinsə vasitəsi ilə yardımlarını çatdırsınlar. Bundan başqa əlimdən heç nə gəlmir. İndi elə bir vaxtdır ki, çox adam o boyda yolu getmək istəmir. Yol xərci də var, ən azı həmin pulu da karta köçürtmək olardı”.

Bahar Rüstəmli