Xəbər lenti

90 yaşlı sürücü Ginnesin Rekordlar Kitabına düşdü
Dünya 21:18 30.05.2024

90 yaşlı sürücü Ginnesin Rekordlar Kitabına düşdü

ABŞ-da 90 yaşlı kişi dünyanın ən yaşlı aktiv yük maşını sürücüsü kimi Ginnesin Rekordlar Kitabına düşüb.

Qaynarinfo bu barədə "UPI"yə istinadən xəbər verir. 

Rekordçu Kanzasdan Doyl Arçer olub. Onun dediyinə görə, 60 ildən artıqdır ki, yük maşınları sürür. ABŞ-da ümumilikdə milyonlarla kilometr yol qət edib. Yük maşını sürücüsü adını tarixə yazdırdığına sevinir və zarafatla deyir ki, təqaüdə çıxmaq ifadəsi onun lüğətində yoxdur.

"Mən tezliklə təqaüdə çıxmağı planlaşdırmıram. Nə qədər ki, səhhətim yaxşıdır, maşın sürməyə davam edəcəyəm", deyə Doyl əlavə edib.

Arçer onu da bildirib ki, karyerası ərzində yarı yük maşını qoşqusunda daşına bilən bütün növ yükləri daşıyıb. Kişinin ailəsi onun işi ilə və bu yaşda hələ də gənclərə bir ilham verə biləcəyi ilə fəxr edir.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->