Xəbər lenti

Dünya 11:56 24.04.2024

ABŞ-da Castin Biberin yaxın dostu, reper Kris Kinq güllələndi

Tennessi ştatının Neşvil şəhərində naməlum şəxslər festivalda çıxış etmək üçün şəhərə gələn 32 yaşlı reper Kris Kinqi güllələyiblər.

Qaynarinfo xəbər verir ki, bu barədə Billboard məlumat yayıb.

Şənbə günü, aprelin 20-də səhər saatlarında Castin Biberin yaxın dostu və Snotty Nose Records-un qurucusu Kris Kinq ölümcül güllə yarası alıb.
Detektivlər bildiriblər ki, Kinq bir qrup dostla gəzinti zamanı 3 naməlum şəxs reperi və dostlarını soymağa cəhd edib. Kinqin dostu daha sonra güllə səsi eşitdiyini deyib.

Reperlə istirahət edən dostu xəsarət alsa da, sağ qalıb. Yaralanan Kinq isə xəstəxanada dünyasını dəyişib.

Castin Biber sosial şəbəkədə qucaqlaşdıqları ortaq fotosunu paylaşaraq dostunun ölümünə reaksiya verib: "Səni sevirəm, qardaş. Bu məni çox incidir. Lütfən, onun ailəsinə dualarınızı əsirgəməyin. Cənnətdə görüşənədək, qardaş”.

Kris Kinq ölümcül hadisədən əvvəl cümə gecəsi baş tutan Nashville Cannafest festivalında çıxış etmək üçün Nəşvilə gəlib.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->