Xəbər lenti

ABŞ Ədliyyə Nazirliyi və səkkiz ştat “Google”u məhkəməyə verir
Dünya 14:05 25.01.2023

ABŞ Ədliyyə Nazirliyi və səkkiz ştat “Google”u məhkəməyə verir

ABŞ Ədliyyə Nazirliyi və səkkiz ştat "Google”u onlayn reklam bazarındakı dominant mövqeyi ilə rəqabətə zərbə vurmaqda ittiham edərək, Google-u məhkəməyə verir. 
 
Qaynarinfo xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir.

Texnologiya şirkətinə qarşı iddiaya səkkiz ştat qoşulub: Kaliforniya, Kolorado, Konnektikut, Nyu Cersi, Nyu York, Rod-Aylend, Tennessi və Virciniya.

İddia ərizəsində deyilir ki, Google rəqabəti cilovlamaq üçün kampaniyaya qatılaraq fəal və qeyri-qanuni olaraq öz dominantlığını qoruyub saxlayıb. ABŞ hökuməti bildirib ki, Google rəqiblərini məhv edib və reklam verənləri öz reklam məhsullarından istifadə etməyə məcbur edib.

Baş prokuror Merrik Qarland bildirib ki, 15 il ərzində Google-un rəqabətə zidd davranışları vebsaytlar və nəşriyyatçılar üçün reklam gəlirlərinin azalması və marketoloqlar üçün daha çox reklam xərcləri ilə nəticələnib.

İddiaya görə, hətta ABŞ hökuməti də 2019-cu ildən onlayn reklam almaq üçün 100 milyon dollar xərcləyərək zərərə düşüb. 
Bu, 2020-ci ildən bəri federal hökumətin Google-a qarşı ikinci antiinhisar şikayətidir. Həmin vaxt Donald Tramp administrasiyası Google-un axtarış reklamı sahəsində rəqabətə zərər verdiyi iddiası ilə məhkəməyə müraciət edib. Bu iş hələ də bağlanmayıb. Google həmçinin digər dövlət və özəl qurumlar tərəfindən də antiinhisar iddiaları ilə üzləşib. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->