ABŞ keçən il Ümumdünya Antidopinq Agentliyinə (WADA) 3,6 milyon dollar məbləğində üzvlük haqqını ödəməni dayandırıb.
Qaynarinfo xəbər verir ki, Reuters-in vəziyyətlə tanış mənbələrinə istinadən verdiyi məlumata görə, ABŞ-ın WADA qarşısında olan borcu ölkənin 2026-cı il futbol üzrə Dünya Çempionatı və 2028-ci il Olimpiya Oyunlarını keçirmək hüququndan məhrum edilməsinə, habelə ABŞ idmançılarının yarışlarda bayraqsız və himnsiz çıxış etməsinə səbəb ola
bilər.
Bildirilir ki, ABŞ-ın WADA-ya ödənişləri dayandırmaq mövqeyi, idman sahəsinə nəzarət edən qurumu qlobal islahatlara məcbur etmək məqsədi daşıyır.
Alpər
Şərhlər