Xəbər lenti

“Açıq mikrofon” aksiyası Quşçu kəndində keçirildi
Foto 19:43 28.11.2023

“Açıq mikrofon” aksiyası Quşçu kəndində keçirildi

SOCAR-ın "Azəriqaz” İB-nin "Səyyar qəbul otağı” Daşkəsən rayonunun Quşçu kəndində təşkil olunub. Kənd camaatının aksiyada ünvanladığı müxtəlifyönümlü müraciətlərin sayı 10-dan çox olub.

 Abonentlərdən 3 nəfər fərdi qaz tənzimləyicisinin nasaz olmasını Birliyin rəhbər şəxslərinin diqqətinə çatdırıb. Çıxış edən 2 nəfər sakin isə qaz sayğacının yerinin dəyişdirilməsini xahiş edib. Küçə qaz xəttinin yerinin dəyişdirilməsi ilə bağlı isə 1 müraciət ünvanlanıb. Şəmkir RQİİ-nin rəhbər şəxsləri səslənən problem və təkliflərin yerində araşdırılaraq Birliyin səlahiyyətləri çərçivəsində həllinə nail olunacağını bildiriblər.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->