XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

AFFA-dan "Sumqayıt"ın məşqçisinə ikioyunluq cəza
İdman13:10 02.04.2024

AFFA-dan "Sumqayıt"ın məşqçisinə ikioyunluq cəza

FFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib. 
Qaynarinfo-nun məlumatına görə, Azərbaycan Premyer Liqasının 28-ci turuna həsr olunmuş iclasda aşağıdakı qərarlar qəbul olunub. 
"Səbail” – "Turan Tovuz” oyununda "Turan Tovuz” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə "Turan Tovuz” klubu 700 manat cərimə edilir (maddə 37).
"Sumqayıt” – "Araz-Naxçıvan” oyununda "Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə "Sumqayıt” klubu 700 manat cərimə edilir (maddə 37).
"Sumqayıt” – "Araz-Naxçıvan” oyununun 90+2-ci dəqiqəsində "Sumqayıt” klubunun məşqçisi Seymur Rəhimov hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, "Sumqayıt” klubu 1500 manat cərimə edilir (maddə 42.3).
Səbuhi Həsənov