İdman 18:21 02.12.2022

AFFA "Neftçi"yə texniki məğlubiyyət verdi - legioner oynatdığına görə

"Neftçi" heyətində legioner oynatdığına görə AFFA tərəfindən cərimələnib.

Qaynarinfo-nun məlumatına görə cəza qərarı qurumun İntizam Komitəsinin bu gün keçirilən iclasında qəbul olunub.

Belə ki,  AFFA tərəfindən Yüksək Qızlar Liqasının 6-cı turunun "Sumqayıt” – "Neftçi” matçında 18 nömrəli Nyah Marie Petcu adlı legioner oyunçunun ehtiyat heyətdə yer almasına görə Bakı klubuna xəbərdarlıq edilib. 

Ancaq "Neftçi" bu xəbərdarlığa məhəl qoymayaraq sözügedən oyunçunu 7-ci turda, 8 №-li İOEUGiM-la (Bakı) qarşılşamada meydana buraxıb. Nəticədə "Neftçi"-yə  0:3 hesablı texniki məğlubiyyət verilib.

AFFA Yüksək Qızlar Liqasının Əsasnaməsinin 6.7-ci bəndinə görə sözügedən çempionatda legioner oyunçunun iştirakına icazə verilmir.

Səbuhi Həsənov