Xəbər lenti

İdman 11:11 21.11.2023

AFFA rəsmisi "Beşiktaş"ın matçına təyinat aldı

AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA tərəfindən təyinat alıb.
 
Qaynarinfo-nun məlumatına görə, Məmmədov Türkiyəyə gedəcək. O, UEFA-nın Avropa Konfrans Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək "Beşiktaş” (Türkiyə) – "Brugge” (Belçika) qarşılaşmasında UEFA Matç direktoru (UEFA Venue Director) qismində çalışacaq.
 
Görüş noyabrın 30-da Türkiyənin İstanbul şəhərindəki "Beşiktaş Park" stadionunda baş tutacaq.
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->