Xəbər lenti

İdman 14:17 06.07.2022

Ağır Atletika Federasiyasında yeni təyinatlar

İyulun 4-də Azərbaycan Ağır Atletika Federasiyasının İdarə Heyətinin növbəti iclası keçirilib.
 
Federasiyadan Qaynarinfo-ya verilən məlumata görə məqsəd qurumun Texniki Komitəsinin əsasnaməsinin təsdiqi, komitənin üzvləri və sədrinin təyin edilməsi olub. İclas zamanı müzakirələr aparılıb, fikir və təkliflər dinlənilib.

İdarə Heyətinin yekdil qərarı ilə əsasnamə təsdiq olunub. Daha sonra Kənan Mustafayevin Texniki Komitənin sədri, Məmməd Məmmədov, Səbinə Rzayeva, Oruc Məmmədli və Xannar Nəbiyevin isə üzv seçilməsi qərarı qəbul olunub.
 
Rəhbərlik tərəfindən yeni üzvlər təbrik edilib, gələcək fəaliyyətlərində uğurlar arzulanıb.
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->