Foto 12:24 09.12.2023

Ağstafada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş yarış və müsabiqələri qalibləri mükafatlandırıldı

Ölkəmizdə 2023-cü ilin "Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Ağstafa Rayon İcra Hakimiyyətinin "Tədbirlər Planı”na uyğun olaraq keçirilən müxtəlif növ idman və intellektual bilik yarışlarının, şeir müsabiqəsinin qaliblərinin mükafatlandırılması ilə əlaqədar tədbir keçirilib. Ağstafa Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən tədbirdə Seymur Orucov, müavinləri, qaliblər iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Müxtəlif tədbirlərin qalibləri, "Hədəf” pnevmatik tir atıcılığı yarışması üzrə Köçəsgər kənd 1 nömrəli tam orta məktəb komandasının üzvləri, 11-ci sinif şagirdləri, Rəhimov Turac Araz oğlu, Məmmədov Tapdıq Nicat oğlu, Tağıyev Elman Samir oğlu, mini futbol üzrə birincilk üzrə Ağstafa şəhər 2 nömrəli tam orta məktəb komandasının üzvləri, 7-ci sinif şagirdləri, Nəsibli Yusif İshaq oğlu, İsayev Telman Vuqar oğlu, Quliyev Əli Azad oğlu, Əhmədov Saqif Ərəstun oğlu, Namazlı Fazil İqbal oğlu, Aşırov Babək Elşad oğlu, Məmmədov Fərid Sahəddin oğlu, "Əsrin Lideri” mövzusunda intellektual bilik yarışması üzrə Ağstafa şəhər 1 nömrəli tam orta məktəb komandasının üzvləri, 11-ci sinif şagirdləri Məhərrəmli Turqay İlqar oğlu, Hüseynov Tuncay Nadir oğlu, Cəfərov Tofiq Yaşar oğlu, İsmayılov Pərviz İbayət oğlu, "Heydər Əliyev və bütöv Azərbaycan” adlı şeir müsabiqəsi üzrə Aşağı Göycəli kənd tam orta məktəbin 9-cu sinif şagirdi Bağırova Aysu Eldəniz qızı, "Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda milli intellektual bilik yarışması üzrə Poylu qəsəbə tam orta məktəbin 11-ci sinif şagirdləri, Rüstəmova Ayşən Ramin qızı, Gülməmmədova Hafizə Hafiz qızı, 10-cu sinif şagirdləri, Babayeva Aysu Samir qızı, Rəhimova Aysu Ceyhun qızı, Hüseynova Lahirə Zahid qızı, "Tarixi abidələrdə təhsilin rolu” adlı müəllimlər arasında intellektual yarış üzrə Muğanlı kənd tam orta məktəb komandasının müəllimləri, Tomayev Xanəhməd Allahverən oğlu, Hüseynov Məcid Hüseyn oğlu, Yolçuyeva Reyhan Xəlil qızı, Yusifova Raya Asəf qızı Ağstafa Rayon İcra Hakimiyyətinin Fəxri Fərman və hədiyyələri ilə təltif olunublar.

Tədbirin sonunda qaliblərlə xatirə fotosu çəkdirilib.