Xəbər lenti

Aİ Çinin elektromobillərinə 38%-ə qədər tariflər tətbiq edəcək - Pekin şokdadır
Dünya 18:33 12.06.2024

Aİ Çinin elektromobillərinə 38%-ə qədər tariflər tətbiq edəcək - Pekin şokdadır

Çərşənbə günü Avropa Komissiyası iyulun 4-dən etibarən Çinin elektromobillərinin idxalına gözləniləndən də xeyli yüksək olan 38,1%-ə qədər tariflər tətbiq edəcəyini açıqlayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Politico” yazıb.

Tariflər Çinin elektromobil istehsalçılarına hökumət yardımı ilə bağlı bir ay davam edən araşdırmadan sonra tətbiq edilib.

Bu, Pekinin avropalı spirt istehsalçılarına qarşı araşdırmalara başlamasından və Aİ fermerlərinə və təyyarə istehsalçılarına qarşı qisas almaqla hədələməsindən sonra birbaşa Aİ və Çin arasında tam miqyaslı ticarət müharibəsinin perspektivini artırır.

Avropa Ticarət Komissarı Valdis Dombrovskis jurnalistlərə verdiyi yazılı açıqlamada "Tərəfdaşlarımız qaydaları pozduqda biz öz hüquqlarımızı müdafiə edəcəyik" deyib. 

Aİ-dəki Çin Ticarət Palatası "şok, dərin məyusluq və bu proteksionist tədbirdən dərin narazılığını" ifadə edib və subsidiyaya qarşı araşdırmanı "cadugər ovu" kimi qınayıb. Orada əlavə edilib ki, tariflər "ciddi bazar maneəsi" olacaq.

Almaniyanın tarifləri mümkün qədər aşağı saxlamaq cəhdi uğursuzluğa düçar olduqdan sonra, Berlin Parislə mübarizəni uduzmuş kimi görünür. Fransa yüksək tariflərdə israr edib və keçən ilin payızında Avropa Komissiyasını araşdırmağa başlamağa vadar edib. 

BYD tərəfindən istehsal olunan modellər 17,4%, Geely - 20% və SAIC - 38,1% rüsumla üzləşəcəklər.

Bu istehsalçıların hamısı bu ilin əvvəlində komissiya tərəfindən yoxlanılıb, baxmayaraq ki, onlar Brüsselin gözlədiyi həcmdə məlumat verməyiblər. Heç bir məlumat verməyən digər istehsalçılar da ən yüksək 38,1% rüsumla üzləşəcəklər. Əməkdaşlıq edənlər 21% ödəyəcəklər.

Dombrovskis bildirib ki, tariflər "geniş araşdırmamızdan əldə etdiyimiz aydın dəlillərə əsaslanır və ÜTT qaydalarına tam uyğun olaraq tətbiq edilir. İndi biz bu araşdırmanı tamamlamaq üçün Çin səlahiyyətliləri və bütün tərəflərlə əlaqə saxlayacağıq".

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->