Sənət 09:34 20.09.2023

Alagöz Salahova vəfat etdi

Azərbaycanın Xalq rəssamı Tahir Salahovun qızı Alagöz Salahova vəfat edib.

Qaynarinfo xəbər verir ki, bu barədə Alagöz Salahovanın oğlu Dan Salahov sosial şəbəkə hesabında məlumat verib. 

O, anasının 6 ay ölkə xaricində və Bakıda xəstəxanada müalicədə keçirdiyini bildirib. 

Alagöz Salahovun dəfn mərasimi sentyabrın 21-də Bakıda keçiriləcək. Vaxt və məkan barədə daha sonra məlumat veriləcək.