XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Ali məktəblər nə vaxt açılacaq?
Ölkə08:16 22.01.2021

Ali məktəblər nə vaxt açılacaq?

"Fevralın 1-dən etibarən 2 həftə ərazində təhsillə bağlı növbəti qərarlar veriləcək”.
Qaynarinfo-nun xəbərinə görə, bunu təhsil naziri Emin Əmrullayev xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair bu gün keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, fevralın 1-dən növbəti iki həftə ərzində 5-9-cü sinif şagirdlərinin təhsillərini məktəbdə davam etdirmələri və ali təhsil müəssisələrində də qismən təhsilin bərpa edilməsi ilə bağlı qərarların verilməsini nəzərdə tutulur:
"Metronun açılması ilə bağlı qərar verilərsə, bu, 5-9-cu sinif şagirdlərinin təhsillərini məktəbdə davam etdirmələri üçün şərait yarada bilər”.