Xəbər lenti

Alimlər Ayda nadir Yer növləri üçün DNT anbarı tikməyi təklif etdi
Dünya 22:21 01.08.2024

Alimlər Ayda nadir Yer növləri üçün DNT anbarı tikməyi təklif etdi

Beynəlxalq alimlər qrupu Ayda nəsli kəsilməkdə olan quru bitki və heyvan növlərinin nümunələrinin yerləşdiriləcəyi biorepozitoriyanın - DNT və hüceyrə anbarının yaradılmasını təklif edib. Təşəbbüs müəlliflərinin fikrincə, bu, planetimizin ən həssas orqanizmlərini müxtəlif fəlakətlərdən xilas etməyə kömək edəcək. 

Qaynarinfo xəbər verir ki, tədqiqat "BioScience" elmi jurnalında dərc olunub.

Komandanın təsvir etdiyi Ay anbarı iqlim dəyişikliyi, geosiyasi hadisələr və digər fəlakətlərin imkanlarından kənarda olacaq. Mütəxəssislərin fikrincə, Ayın təbii soyuq mühiti nümunələri enerji sərf etmədən bütün il boyu dondurulmuş vəziyyətdə saxlamağa imkan verəcək.

Tədqiqatçılar biorepozitoriyanı temperaturun -196°C ətrafında qaldığı qütb bölgələrinin yaxınlığında, günəş işığından uzaq, dərin kraterlərdə yerləşdirməyi təklif ediblər.

Alimlərin hesablamalarına görə, gələcəkdə qorunub saxlanılan nümunələrin nəsli kəsilməkdə olan kritik növlərin yeni fərdlərinin yetişdirilməsi və ya tamamilə məhv olduğu halda klonlaşdırılması və yeni canlıların yaradılması üçün istifadə edilməsi nəzərdə tutulur.

Belə bir layihənin yaradılması xeyli xərc tələb edəcək, lakin təşəbbüs müəllifləri hesab edirlər ki, kosmik səyahətin inkişafı və Ayın tədqiqi ilə orada DNT anbarının tikintisi fantaziya olmaqdan çıxacaq.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->