Xəbər lenti

Alman həbsxanalarında transgenderlər qadın mıhbuslara qarşı cinsi zorakılıq edib
Dünya 18:39 12.01.2025

Alman həbsxanalarında transgenderlər qadın mıhbuslara qarşı cinsi zorakılıq edib

Almaniya həbsxanalarında transgenderlər tərəfindən digər qadın məhbuslara qarşı cinsi zorakılıq halları baş verib. 

Qaynarinfo "Welt"ə istinadən xəbər verir ki, hazırda ən azı beş oxşar insident məlumdur.

Ən səs-küylü hadisə 2023-cü ildə Saksoniyanın Çemnitz şəhərindəki həbsxanada baş verib. Özünü transseksual qadın kimi təqdim edən məhbus qadın kamera yoldaşlarını təqib edib, hətta cinsi əlaqədən imtina edəcəkləri tədqirdə hədələyib. Üstəlik, cinayətkar digər məhbusların qarşısında cinsi ehtiyaclarını açıq şəkildə təmin etməkdən də çəkinməyib.

Həbsxana rəhbərliyi uzun müddət şikayətlərə cavab verməsə də, sonda məhbus kişi koloniyasına köçürülüb.

Oxşar hadisələr Almaniyanın digər bölgələrində də baş verib. Məsələn, Aşağı Saksoniyanın Veçta şəhərindəki həbsxanada uşaq pornoqrafiyasına görə məhkum edilmiş transgender məhbus digər qadın məhbuslara qarşı üç dəfə cinsi hücumlar edib.

2024-cü il noyabrın 1-də Almaniyada öz müqəddəratını təyinetmə haqqında qanun qüvvəyə minib. Bu, sənədlərdə gender şəxsiyyətinin dəyişdirilməsi prosesini əhəmiyyətli dərəcədə asanlaşdırır. Ekspertlər bildirirlər ki, bəzi cinayətkarlar bundan istifadə edərək qadın həbsxanalarına düşə bilərlər.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->