Xəbər lenti

Alman klubu Fələstini dəstəkləyən futbolçu haqda qərar verdi
İdman 10:45 31.10.2023

Alman klubu Fələstini dəstəkləyən futbolçu haqda qərar verdi

Almaniya Bundesliqası təmsilçisi "Maynts 05" Fələstini sosial şəbəkədə Fələstini dəstəkləyən paylaşım edən futbolçu ilə bağlı qərar verib. 

Qaynarinfo-nun məlumatına görə, klub heyətdən kənarlaşdırılan futbolçusu Ənvər Əl Qazini əfv edib. Açıqlamada Mərakeş əsilli 28 yaşlı niderlandlı futbolçunun atdığı addımdan peşman olduğu və klubda yaradılan mənfi atmosferdən üzüldüyü bildirilib.

Açıqlamada Ənvər Əl Qazinin tezliklə məşqlərə və heyətə dönəcəyi bildirilib.

Əl Qazi sosial media hesabındakı paylaşımında İsrail və Fələstin arasındakı güc balanssızlığından bəhs edərək, "Çaydan dənizə qədər Fələstin azad olacaq" - sözlərini yazmışdı. O, bir müddət sonra yazdıqlarını silib.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->