Xəbər lenti

Almaniyada Şumaxerin ailəsini şantaj etməkdə şübhəli bilinən şəxslər saxlanıldı
Dünya 14:30 25.06.2024

Almaniyada Şumaxerin ailəsini şantaj etməkdə şübhəli bilinən şəxslər saxlanıldı

İyunun 19-da Almaniyanın Hessen əyalətinin Qross-Qerau şəhərində alman pilot, Formula-1 üzrə yeddiqat dünya çempionu Mixael Şumaxerin ailəsini şantaj etməkdə şübhəli bilinən iki nəfər saxlanılıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə Associated Press prokurorluğun məlumatlarına istinadən məlumat yayıb.

Müstəntiqlərin sözlərinə görə, saxlanılanlar – müvafiq olaraq 53 və 30 yaşlı ata və oğul Şumaxerin ailəsinə onun qohumlarının "dərc etmək istəmədikləri” faylların olduğunu deyiblər və bir neçə milyon avro tələb ediblər. Bu faylların bəziləri sübut kimi ailə üzvlərinə göndərilib. Prokurorluq təfərrüatları dəqiqləşdirməyib.
Saxlanılan hər iki şəxs həbs altındadır. Günahları sübuta yetirilərsə, onları cərimə və ya beş ilədək həbs cəzası gözləyir.

Mixael Şumaxer 2013-cü ilin dekabrında Meribeldə xizək sürərkən yıxılıb və kəllə-beyin travması alıb. Onun vəziyyəti ilə bağlı ətraflı məlumat verilməyib. 2021-ci ilin sentyabrında Netflix-də yayımlanan sənədli filmdə yarışçının həyat yoldaşı və oğlu onun müstəqil hərəkət edə bilmədiyini və ya başqaları ilə ünsiyyət qura bilmədiyini söyləyiblər.

55 yaşlı Mixael Şumaxer "Ferrari” komandası ilə yeddiqat Formula-1 çempionudur. O, ardıcıl rekord - beş çempionluq titulunu qazanıb.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->