Xəbər lenti

Şamaxıda doğuldu, Bakıda böyüdü, 84 milyon dollar sərvətə sahib oldu - Oleq Bakinski kimdir?
Ölkə 23:36 01.08.2024

Şamaxıda doğuldu, Bakıda böyüdü, 84 milyon dollar sərvətə sahib oldu - Oleq Bakinski kimdir?

Xəbər verildiyi kimi, tanınmış ukraynalı kriminal avtoritet Oleq Krapivin (Oleq Bakinski) həbs edilib. Krapivin bir neçə gün əvvəl Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşları tərəfindən Bakıda saxlanılıb.

İdarənin təqdimatı əsasında Nərimanov rayon Məhkəməsi tərəfindən onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Qaynarinfo xəbər verir ki, Oleq Krapivin 1960-cı il sentyabrın 29-da Şamaxı rayonunun Şəhriyar qəsəbəsində anadan olub. 1966-cı ildə ailəsi ilə birlikdə Bakıya köçüb.

Bakıxanov qəsəbəsindəki idman təmayüllü internat məktəbində oxuyub. Sərbəst güləş üzrə ondörd qat (!) Azərbaycan çempionudur.

2007-ci ildə o, Türkiyənin İstanbul şəhərində veteranlar arasında keçirilən yarışda sərbəst güləş üzrə dünya çempionu adını qazanıb.

1989-cu ildən Kiyev şəhərində yaşayırdı. 4 övladı var.

Krapivin zəngin adamdır. Kiyevdə çoxsaylı ticarət mərkəzləri, mülki mövcuddur. "Forbes”in 2023-cü il də yaydığı məlumata görə, o, Ukraynanın 100 ən varlı adamı siyahısında 84 milyon dollar varidatla 98-ci yerdə olub.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->