Azərbaycan Milli istiqlal Partiyası (AMİP) ABŞ-ın paytaxtı Vaşinqtonda keçiriləcək Beynəlxalq Demokrat İttafaqının (BDİ) Forumuna dəvət alıb.
Partiyadan Qaynarinfo-ya verilən məlumata görə, dekabrın 3-7-də forumda partiyanın sədri, millət vəkili Arzuxan Əlizadə və AMİP sədrinin beynəlxaq əlaqələr üzrə müavini Elşən Mustafayev çıxış edəcək.
Sözügedən forum ABŞ Respublikaçılar Partiyasının ev sahibliyi, Beynəlxalq Demoktat İttifaqı (İDU) və ABŞ Liderlər İnstitutunun birgə təşkilatçılığı ilə keçiriləcək. Tədbir çərçivəsində dünyanı hazırda narahat edən bir sıra məsələlər, o cümlədən beynəlxalq təhlükəsizlik, immiqrasiya, Latın Amerkasında imkanların dəstəklənməsi, ABŞ prezident seçkilərinin prezentasiyası və Donald Trampın prezidentliyi dönəmində transatlantik iqtisadi əməkdaşlıq, Avropanın gələcəyi, qlobal ticarət və rəqabət, həmçinin, Yaxın Şərqdə gedən proseslər, Rusiya-Ukrayna müharibəsi və digər mühüm məsələlər müzakirə olunacaq.
Bundan əlavə, Vaşinqton Zirvəsində Beynəlxalq Demokrat İttifaqına daxil olan sağ mərkəz partiyalarının liderləri, dünyanın müxtəlif ölkələrindən siyasətçilər, bir çox hazırki və keçmiş prezidentlər, hökumət başçıları, nazirlər, ABŞ Prespublikaçılar Partiyasından konqres üzvləri və senatorlar iştirak edəcək.
Qeyd edək ki, AMİP 1999-cu ildən etibarən dünyanın 80-dən çox ölkəsinin 100-dən artıq sağ-mərkəz yönümlü partiyasını özündə birləşdirən Beynəlxalq Demokrat İttifaqının tam hüquqlu üzvüdür.
Şərhlər