Xəbər lenti

Ölkə 14:29 16.09.2023

ANAMA-nın avtobusu Laçında qəzaya uğradı, 3 əməkdaş xəsarət aldı

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) avtobusu Laçın rayonu ərazisində qəzaya uğrayıb, 3 əməkdaş xəsarət alıb.

Bu barədə Qaynarinfo-ya ANAMA-nın Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, sentyabrın 16-da Laçın rayonu ərazisində Agentliyə məxsus avtobus qəzaya uğrayıb. Avtobusda olan Agentliyin 3 nəfər əməkdaşı yüngül xəsarətlər alıb. Xəsarət alan şəxslər yaxınlıqdakı xəstəxanaya təxliyə ediliblər.

Xəsarət alan şəxslərin vəziyyəti stabildir. Həyatları üçün təhlükə yoxdur.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->