"Araz” supermarketlər şəbəkəsinə məxsus "Araz” Logistika Mərkəzinin həyətyanı sahəsində ekoloji tarazlığın qorunmasına və yaşıllığın artırılması məqsədilə ağacəkmə aksiyası keçirilib. "Yaşıl anbar” adlı layihə çərçivəsində təşkil olunan aksiya şirkətin sosial məsuliyyət strategiyasının tərkib hissəsi olaraq həyata keçirilib.
"Logistika Gücümüzdür, Təbiət Məsuliyyətimiz” şüarı ilə reallaşdırılan layihənin əsas məqsədi anbar ərazisində yaşıllığın artırılması, ekoloji mühitin yaxşılaşdırılması və ətraf mühitin qorunmasına töhfə verməkdir.
Aksiya zamanı ümumilikdə 300-dən çox söyüd və çinar ağacı əkilib. Tədbirdə "Araz” supermarketlər şəbəkəsi, "Oba” marketlər şəbəkəsi və Veysəloğlu Şirkətlər Qrupuna daxil olan digər şirkətlərin əməkdaşları iştirak edib.
Qeyd edək ki, "Yaşıl anbar” layihəsi şirkətin dayanıqlı inkişaf prinsiplərinə sadiqliyini, ekoloji məsuliyyətə verdiyi önəmi və gələcək nəsillər üçün daha sağlam ətraf mühitin formalaşdırılmasına yönəlmiş fəaliyyətini bir daha nümayiş etdirir.
Şərhlər