Xəbər lenti

Argentina bəzi təşkilatlardan çıxır, Aİ ilə saziş imzalayır
Dünya 16:20 03.12.2023

Argentina bəzi təşkilatlardan çıxır, Aİ ilə saziş imzalayır

Argentinanın yeni seçilmiş prezidenti Xavyer Mileyin komandası Avropa İttifaqı ilə Cənubi Amerika Ümumi Bazarı (Mercosur) arasında sazişin imzalanmasına ümid edir. 

Qaynarinfo xəbər verir ki, bu barədə "La Nacion” qəzeti məlumat yayıb.

"İnsanlar və hökumətlər gəlir və gedir, razılaşmalar daha uzun müddət davam edir, ölkələr də. Biz uzunmüddətli perspektivdə düşünməliyik", deyə Mileyin müşaviri, tezliklə xarici işlər naziri vəzifəsini tutacaq Diana Mondino bildirib.

Onun sözlərinə görə, dekabrın 10-da vəzifəyə başlayacaq Argentinanın yeni seçilmiş prezidenti və komandası Avropa İttifaqına "Mercosur" sazişinin son versiyası ilə razılaşdıqlarını açıq şəkildə bildiriblər. Mondino gələn həftə sazişin imzalanacağına ümid edir.

Modino həmçinin bildirib ki, yeni hökumət pula qənaət etmək üçün bir sıra regional bloklara və beynəlxalq təşkilatlara üzvlükdən imtina edə bilər. O qeyd edib ki, Buenos-Ayres ölkə üçün faydalı olacaq təşkilatlara üzvlüyünü saxlayacaq.

"Dostların klublarında hər kəs özü üçün pul ödəməlidir, 47 milyon argentinalı bunun üçün pul ödəməməlidir", deyə Modino bildirib.

Onun fikrincə, Argentina ölkənin inkişafına kömək edən bütün beynəlxalq platformalarda təmsil olunmalıdır:

"Müəyyən bir məqsəd üçün faydalı olan təşkilatlar və sonra dostlar klubu olanlar var".

Aydın


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->