Hüseynbala Səlimov
Görəsən həqiqətlə yalan
arasındakı sərhəd haradadır? Etiraf edirləm ki, hər dəfə erməni siyasətçilərinin
və diplomatlarının bəyanatlarını dinləyəndə, başabəla erməni yazarlarının
uydurmalarını oxuyanda ilk olaraq beynimizdən bu sual keçir, hərçənd, artıq bəzi
şeylərə alışmaq vaxtıdır, çünki erməni yalanlarının tarixi on illərlə ölçülmür,
bəlkə burada "yüz illərlə ölçülür” demək daha düzgün olardı.
Eyni proses bu gün də baş verir.
Erməni liderləri, onlara yaxın əcnəbi nəşrlər və ya KİV-lər yorulmadan azəri-türk
hərbi tandemi, "Suriya döyüşçüləri” və hansısa Turan, hətta türk NATO-su haqqında
yazır və danışırlar.
Bu uydurmaların mənşəyini ilk
olaraq erməni şüurunun ən dərin psixoloji qatlarında axtarmaq lazımdır. Bu xalq
açıq–aşkar, ruslar demiş, "maniya veliçiya”dan, yəni böyüklük iddiasından əziyyət
çəkir...
Əks təqdirdə bu cırtdan xalq
hansısa "böyük Ermənistan” haqqında sayıqlamazdı. Biz hələ ermənilərin xüsusi,
seçilmiş bir xalq olması ilə bağlı yalanları – uydurmaları demirik.
Bu adamlar hətta cəbhədəki hərbi
uğursuzluqlarını belə obyektiv bir şəkildə anlamaq, təhlil etmək gücündə deyil
– yox, bunlar Türkiyənin münaqişədə iştirakıyla, Suriya döyüşçülərilə bağlı uydurmalar
yaymağa daha çox meyl göstərirlər. Bəs səbəb nədir?
Məsələ bundadır ki, otuz il ərzində
bunların beyninə yeridilib ki, guya erməni ordusu çox güclü ordudur, guya ki,
azərbaycanlılar ümumiyətlə vuruşa bilmirlər və s. Hətta bunların baş naziri
xalqa müraciətində deyir ki, guya Azərbaycan ordusu təkbətək DQR–in "ordusu” ilə
bacarmazdı və guya azərbaycanlılara bu gücü verən Türkiyədir!..
Məgər bütün bunlar şizofreniyanın
və ya böyüklük iddiasının əlaməti və təzahürü deyilmi?
Təsəvvür edin, guya bizim
ordumuz, bəli, on milyonluq bir xalqın ordusu, büdcəsi Ermənistanın da, DQR-nın
da ümumi büdcəsindən dəfələrlə böyük olan bir ölkənin ordusu oradan-buradan gəlib
Dağlıq Qarabağa yığışan bir dəstə oğru-quldurla, başkəsənlə bacarmaq gücündə
deyil!..
İndi isə Suriya döyüşçüləri haqqında.
Biz bu sətirləri yazarkən müharibənin iyirmi birinci günü idi. Təsəvvür edin,
bu müddət ərzində ermənilər öz "ittiham”larını sübut edə biləcək, müharibədə
Türkiyənin və ya Suriya döyüşçülərinin iştirakını təsdiq edəcək bir dəlil belə
təqdim etməyiblər!
Qeyd edək ki, artıq Rusiya
saytları, nəşrləri belə öz sevimli "forpost”larının, yalançı, riyakar mkrtçlar
məmləkətinin uydurmalarına şübhə etməyə və bütün bunlara böyük tərəddüdlə
yanaşmağa başlayıblar.
Biz "Suriya döyüşçüləri”
haqqındakı nağılı da ermənilərin "böyüklük iddiasıyla” izah edərdik. Onlar başa
düşmür ki, əgər Türkiyənin ordusu bizim tərəfimizdə vuruşsaydı, bircə həftə ərzində
nəinki bütün Qarabağı, hətta Ermənistanı alardıq, çünki qardaş Türkiyə ordusu təkcə
adi qoşunlarla deyil, terroruçularla vuruşmaq sahəsində də böyük təcrübəyə
malikdir.
"Suriya döyüşçüləri” haqqında
düşünəndə bizim yadımıza İŞİD və yaxud da ən yaxşı halda PPK və digər kürd hərbi
birləşmələri düşür. İndi özünüz bir suala cavab verməyə çalışın: "Doğrudanmı İŞİD
və ya kürd hərbi birləşmələri Azərbaycan türklərinin tərəfində vuruşar?”
Razılaşın ki, bu, tamam absurddur. Qoy, ermənilər ağlabatan bir şey uydursunlar
– axı yalan da bir az "inandırcı” olmalıdır.
Bu günlərdə telekanallarımızdan
birindəki tele-debatlar zamanı bir deputatımız bu cür iddialara çox orijinal
cavab verdi. O, dedi: "Ola bilsin, Azərbaycanda da Suriya döyüşçüləri var, amma
həbsxanada, çünki bizim ölkəmizdə İŞİD, PKK və digər təşkilatlar qanundankənar,
cinayətkar təşkilatlar elan olunublar. Bu adamlar, hətta azərbaycanlı olsalar
belə, bura ayaq basan kimi həbs edilirlər!”
Düşünürük ki, gözəl deyilib və
necə deyərlər, izafi şərhə ehtiyac yoxdur. Amma bircə detalı qeyd edək: bu ölkədə
on illərlə ən müxtəlif etnik və dini qrupların təmsilçilərinin birgə, dinc
yanaşmasının özü bir daha təsdiq edir ki, bu ölkədə dini fanatlara, hansısa
radikallara heç vaxt yer olmayıb, indi yoxdur və bundan sonra da olmayacaq!
Şərhlər