Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində anbarda baş vermiş yanğın qısa müddətdə məhdudlaşdırılıb.
Fövqəladə Hallar Nazirliyindən "Report"a verilən məlumata görə, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam edir.
10:03
Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində anbarda yanğın başlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.
Əlavə məlumat veriləcək.
Qaynarinfo-ya daxil olan məlumata görə, yanğın baş verən anbar AZMDF MMC-yə məxsusdur.
Şərhlər