Xəbər lenti

ABŞ
Dünya 09:47 27.09.2025

ABŞ "Bermud üçbucağı"na bənzəyən göl: Onun sirri nədir?

ABŞ-ın mərkəzində yerləşən və tez-tez məşhur Bermud üçbucağı ilə müqayisə olunan sirrli bir ərazi var. Söhbət Miçiqan gölündəki "Miçiqan üçbucağı”ndan gedir. 

Qaynarinfo xəbər verir ki, bu su hövzəsi Ludinqton, Manitovok və Benton-Harbor şəhərləri arasında yerləşir və əsrlərdir gəmi və təyyarələrin müəmmalı şəkildə yoxa çıxması ilə yadda qalır.

XVII əsrdə bu ərazidə fransız gəmisi Le Qriffon izsiz itkin düşüb. 1950-ci ildə isə "Northwest Orient Airlines" şirkətinə məxsus 2501 saylı reys göl üzərində yoxa çıxıb, göyərtədəki 58 nəfərin taleyi aydınlaşdırıla bilməyib. Bu kimi hadisələrin sayı onlarla ölçülür.

Alimlərdən bəziləri hadisələri qəfil dəyişən hava şəraiti və güclü su axınları ilə izah edir. Başqa mütəxəssislər isə burada maqnit sahəsinin pozulmaları nəticəsində kompas və naviqasiya sistemlərinin sıradan çıxdığını irəli sürürlər.

Daha qeyri-adi nəzəriyyələr də mövcuddur. Şahidlər göl üzərində UNO-lar gördüklərini bildiriblər. 2007-ci ildə isə sonar vasitəsilə su altında Stounhencə bənzər quruluş aşkar edilib ki, bu da regionun paranormal və ya hətta dünya xarici təsirlərlə əlaqəli ola biləcəyi barədə mülahizələri gücləndirib.

Çoxsaylı araşdırmalara baxmayaraq, "Miçiqan üçbucağı”ndakı hadisələrin səbəbləri hələ də dəqiq açıqlana bilmir. Bu səbəbdən həmin ərazi ABŞ-ın ən müəmmalı "qaynar nöqtələrindən” biri kimi qəbul edilir.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->