Xəbər lenti

“Qarabağ” “Qəbələ”yə qalib gəldi
İdman 22:07 26.09.2025

“Qarabağ” “Qəbələ”yə qalib gəldi

Azərbaycan Premyer Liqasında 6-cı tur start götürüb.

İlk oyun gününə nəzərdə tutulan 2 matç keçirilib.

"Zirə” Qubada "İmişli”nin qonağı olub. Görüşdə 1:1 hesabı qeydə alınıb. 

Digər matçda isə son çempion "Qarabağ” "Qəbələ”ni qəbul edib. 
Ağdam təmsilçisi bu görüşdə qalib gələrək növbəti 3 xalını qazanıb.

"Şamaxı” – "Araz-Naxçıvan” və "Neftçi” – "Karvan” oyunları sabah, "Turan Tovuz” – "Kəpəz” və "Sabah” – "Sumqayıt” matçları isə sentyabrın 28-də keçiriləcək.
26 sentyabr

19:00. "Qarabağ” – "Qəbələ” - 2:0 

Qollar: Abdullah Zubir, 16; Musa Qurbanlı, 90+3 

Qırmızı vərəqə: Prins Ovusu, 1 ("Qəbələ”)

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->