Almaniya kritik infrastruktura hibrid hücumların sayının artması səbəbindən sülh şəraitində yaşamağı dayandırıb.
Qaynarinfo "Handelsblatt" portalına istinadən xəbər verir ki, bu sözləri Almaniya kansleri Fridrix Merz biznes nümayəndələri qarşısında çıxışı zamanı deyib.
Onun fikrincə, məlumat şəbəkələrinə və infrastruktura hücumların sayının artdığını nəzərə alsaq, Almaniyada artıq sülhdən danışmaq olmaz:
"Biz müharibədə deyilik, lakin sülh şəraitində də yaşamırıq. Çətinliklərin öhdəsindən gəlmək üçün bunu dərk etməliyik. Və bütün bunlar yalnız iqtisadi cəhətdən güclü ölkə olaraq qalacağımız halda mümkündür".
Merz əlavə edib ki, problem təkcə dövlət strukturlarına deyil, biznesə də təsir edib.
"Pilotsuz uçuşlar, casusluq, Tierqartendəki qətl (Rusiya QRU-nun əməkdaşı tərəfindən çeçen fəalın öldürülməsi-red.), təkcə Almaniyada deyil, bir çox Avropa ölkələrində də ayrı-ayrı ictimaiyyət nümayəndələrinə kütləvi təhdidlər. Məlumat mərkəzlərini iflic etmək cəhdləri. Kiberhücumlar", deyə Merz sadalayıb.
Qeyd edək ki, sentyabrın 20-də Avropada hava limanları kiberhücum nəticəsində iflic vəziyyətinə düşüb. Nəticədə bir çox hava limanlarında növbələr və gecikmələr yaranıb. Xüsusilə Berlində təhlükəsizlik səbəbi ilə sistemlərə giriş tamamilə dayandırılıb ki, bu da uzun növbələrə, gecikmələrə və uçuşların ləğvinə səbəb olub, hava limanı administrasiyası məlumat yayıb. Eyni vəziyyət Brüssel hava limanında da yaşanıb.
Aydın
Şərhlər