Xəbər lenti

Ekonomiks 22:45 15.04.2024

"AtaSığorta" məhkəmə qarşısında - Cərimələnə bilər

"AtaSığorta" Açıq Səhmdar Cəmiyyəti (ASC) cərimələnə bilər. 

Qaynarinfo xəbər verir ki, ASC barəsində İnzibati Xətalar Məcəlləsinin  375.0.2-ci maddəsi ilə iş başlanıb. 

Bu maddə fərdi məlumatların mülkiyyətçisi və ya operatoru tərəfindən fərdi məlumatların mühafizəsinin təmin olunmamasına, "Fərdi məlumatlar haqqında” Qanunla tələb olunduğu hallarda və müddətlərdə fərdi məlumatların məhv edilməməsinə, yaxud fərdi məlumatların toplanılmasının, işlənilməsinin və ya verilməsinin dayandırılmaması ilə bağlıdır. 

Maddədə inzibati cəza növü kimi 300 manatdan 500 manatadək məbləğdə cərimə nəzərdə tutulur.

İş baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib və hakim Elməddin Hüseynovun icraatına verilib. 

"ATA Holdinq”ə daxil olan "AtaSığorta” ASC 2004-cü ildə yaradılıb. Şirkətin nizamnamə kapitalı 14.6 milyon manatdır. ASC-nin qanuni təmsilçisi Məmmədov Orxan Valeh oğludur. O, həm də şirkətin İdarə Heyətinin sədridir. ASC-nin Direktorlar Şurasının sədri isə Ağakərim Məlik-Aslanovdur.

Ağakərim Məlik-Aslanov əvvəllər "AtaBank”ın İdarə Heyətinin sədr müavini vəzifəsində işləyib. Bankın İdarə Heyətinin sədri isə 2000-2017-ci illərdə Azərbaycanın vergilər naziri olmuş Fazil Məmmədovun bacısı oğlu Dəyanət Quliyev olub.

Ümumiyyətlə, "ATA Holdinq”in Fazil Məmmədova məxsus olduğu bildirilir. Fazil Məmmədov 2022-ci ildə İstanbulda böyrək çatışmazlığından dünyasını dəyişib. 

Seyid

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?