Xəbər lenti

Ekonomiks 16:42 24.06.2024

"Avromed"in keçmiş satış müvəkkili məhkəmə qarşısında - Nədə ittiham olunur?

Azərbaycanın əczaçılıq bazarında əsas oyunçulardan olan "Avromed Company" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) keçmiş satış müvəkkili Elşən İlyaslının cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. 

Qaynarinfo-nun məlumatına görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İyulun 3-nə iş üzrə məhkəmə hazırlıq iclası təyin edilib. İclas hakim Novruz Kərimovun sədrliyi ilə keçiriləcək. 

Elşən İlyaslı Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə və ya israf etmə - külli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilir. Bu maddədə 10 ildən 14 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. "Avromed Company" QSC iş üzrə zərərçəkən qismində tanınıb. 

"Avromed Company" uzun illər deputat Cavanşir Feyziyevin şirkəti tanınıb. Lakin 2020-ci ildə şirkətin yaydığı açıqlamaya görə, Cavanşir Feyziyev 2010-cu ilə qədər "Avromed Company" QSC-nin direktoru vəzifəsində çalışıb.

İngiltərədə Cavanşir Feyziyevin ailəsinə məxsus 5.6 milyon funt-sterlinqin müsadirə olunması ilə bağlı materiallarda isə onun 2013-cü ildə viza müraciəti zamanı özünü "Avromed Company" QSC-nin icraçı direktoru kimi təqdim etdiyi bildirilir. 

"Avromed"in açıqlamasında sonradan qeyd edilib ki, deputat 2016-cı ildə səhmlərini satıb. Bununla belə, hələ də şirkətin Cavanşir Feyziyevə məxsus olması barədə iddialar var. 

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->