"Avromed Company” QSC-nin İnsan Resursları üzrə baş direktoru Sara Cavlalova inzibati məsuliyyətə cəlb edib.
Qaynarinfo-nun məlumatına görə, Dövlət Əmək Müfəttişliyi Xidməti onu İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə cərimələyib.
Bu maddə işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi ilə bağlıdır. Maddədə inzibati cəza növü kimi vəzifəli şəxslərin 700 manatdan 1500 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.
Sara Cavlalova dövlət qurumunun qərarından məhkəməyə şikayət verib. Onun şikayətinə Yasamal Rayon Məhkəməsində baxılacaq. Rauf Daşdəmirov iş üzrə hakim təyin edilib.
Sara Cavlalova ötən il də Dövlət Əmək Müfəttişliyi tərəfindən cərimələnib. Qurum ona İnzibati Xətalar Məcəlləsinin 192.3-cü (İşçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsi) maddəsi ilə cərimə yazıb.
Sara Cavlalova qərarla razılaşmayaraq məhkəməyə müraciət edib. Onun şikayəti qismən təmin edilib.
"Avromed Company" QSC deputat Cavanşir Feyizyevin şirkəti kimi tanınır. Lakin şirkətin yaydığı açıqlamada Feyziyevin QSC-dəki bütün payını satdığı bildirilir.
Cavanşir Feyziyev 2015-ci ildən deputatdır. O, parlamentdə 115 saylı Şəki kənd seçki dairəsini təmsil edir.
Seyid
Şərhlər