Xəbər lenti

Dünya 18:50 28.06.2023

"Avropanın qaz böhranı hələ bitməyib, amma..." - Norveçli nazir

"Avropada qaz böhranı aradan qalxmayıb, amma bitmək üzrədir. Bundan əlavə, hər hansı bir proqnoz hələ də mümkün deyil". 

Qaynarinfo xəbər verir ki, bunu "Handelsblatt” qəzetinə müsahibəsində Norveçin ticarət və sənaye naziri Yan Kristian Vestre deyib.

"Avropanın qaz təchizatı böhranının bitdiyini söyləmək hələ tezdir. Eyni zamanda, tələbin və qiymətlərin inkişafını da dəqiq proqnozlaşdırmaq mümkün deyil”, deyə Vestre qeyd edib.

Onun sözlərinə görə, o, Almaniyanın və Avropa İttifaqının (Aİ) digər ölkələrinin yanacaq təchizatı mənbələrini necə dəyişdirə bildiyini görməkdən şad olub.

O əlavə edib ki, Norveç hələlik digər ölkələrə qaz nəqlinin həcmini artıra bilmir və bu məsələdə vəziyyət qısa müddətdə dəyişməyəcək.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->