Xəbər lenti

Azərbaycan çempionatı bitdi - Kim hara gedir?
İdman 21:40 26.05.2024

Azərbaycan çempionatı bitdi - Kim hara gedir?

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünə yekun vurulub.

Qaynarinfo xəbər verir ki, XXXVI turun sonuncu matçında çempion "Qarabağ" "Araz-Naxçıvan"la üz-üzə gəlib.

Qarşılaşma heç-heçə yekunlaşıb - 2:2.

Naxçıvan klubunda 3-cü dəqiqəsə Elvis Maşike fərqlənib. "Köhlən atlar"da Olavio Juninyo 27-ci dəqiqədə tarazlığı bərpa edib. 32-ci dəqiqədə "Araz-Naxçıvan"ın kapitanı Vadim Abdullayev avtoqol müəllifi olub. 58-ci dəqiqədə onun komanda yoldaşı Abdulla Rzayev hesabı bərabərləşdirib.

Çempion "Qarabağ" xallarının sayını 83-ə çatdırıb. "Araz-Naxçıvan" mövsümü 36 xalla 8-ci sırada bitirib.

Qeyd edək ki, günün ilk matçında "Turan Tovuz" "Kəpəz"i bir qolla üstələyib. XXXVI turun ilk oyunlarında "Sabah" "Neftçi"ni, "Sumqayıt" "Qəbələ"ni, "Zirə" isə "Səbail"i 1:0 hesabı ilə məğlub edib.

Onu da qeyd edək ki, mövsümün yekunlarına əsasən, "Qarabağ" Çempionlar Liqasına, "Zirə" Avropa Liqasına, "Sumqayıt" və "Sabah" Konfrans Liqasında vəsiqə qazanıb.

Son pilləni tutan "Qəbələ" Birinci Liqaya yuvarlanıb. Aşağı liqada çempion olan "Şamaxı" isə Premyer Liqaya qayıdıb.
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->