Azərbaycan hərbçilərinin iştirak etdiyi "Qış təlimi - 2025" beynəlxalq təlimləri başa çatıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, təlimdə əsas məqsəd soyuq qarlı havada hərbçilərin döyüş qabiliyyətinin və bacarıqlarının sınaqdan keçirilməsi və onların hazırlıq səviyyələrinin yüksəldilməsi olub.
"Manevrə qatılan dost və müttəfiq ölkələrin hərbçiləri çətin relyefə və hava şəraitinə baxmayaraq, bütün hədəfləri dəqiqliklə məhv ediblər", - məlumatda bildirilib.
Təlimlərdə Azərbaycan, ABŞ, Banqladeş, Bosniya və Herseqovina, Gürcüstan, İtaliya, Pakistan, Qazaxıstan, Şimali Makedoniya, Bolqarıstan, Fransa, İngiltərə, Liviya, Monqolustan, Niger, Tacikistan və İordaniyadan 199, Türkiyədən isə 12 min şəxsi heyət iştirak edib.
Xatırladaq ki, təlimlər yanvarın 20-də başlayıb.
Şərhlər