İdman 09:55 30.01.2024

Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start verilir

Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start veriləcək.

Qaynarinfo-nun məlumatına görə, mərhələnin ilk günündə iki qarşılaşma baş tutacaq. Əvvəlcə "Zirə" səfərdə "Səbail"in qonağı olacaq. "ASCO Arena"da keçiriləcək görüşün baş hakimi İnqilab Məmmədov olacaq.

Günün son matçında "Qarabağ" "Sabah"la üz-üzə gələcək. Bu qarşılşamanı Elçin Məsiyev idarə edəcək. 

Bu cütlər arasındakı cavab oyunları fevralın 8-də reallaşacaq.

Azərbaycan Kuboku

1/4 final, ilk oyunlar

30 yanvar

15:00. "Səbail” – "Zirə”

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Rəhman İmami, Kamran Əliyev.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Nəriman Axundov.
"ASCO Arena”

19:00. "Sabah” – "Qarabağ”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Nicat İsmayıllı.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
"Bank Respublika Arena”

1/4 final mərhələsinin digər ilk oyunu sabah baş tutacaq.

Səbuhi Həsənov