Xəbər lenti

İdman 09:46 29.11.2023

Azərbaycan Kubokunda bu gün daha dörd oyun keçiriləcək

Bu gün futbol üzrə Azərbaycan Kubokunda ikinci təsnifat mərhələsinin digər matçları keçiriləcək.

Qaynarinfo-nun məlumatına görə, ikinci oyun günündə Premyer Liqa təmsilçilərindən "Kəpəz" "Baku Sportinq"lə, "Araz-Naxçıvan" "Kür-Araz"la, "Sumqayıt" "Lerik"lə üz-üzə gələcək.

Azərbaycan Kuboku, ikinci təsnifat mərhələsi

29 noyabr (çərşənbə)

13:30. "Şahdağ Qusar” – "Qaradağ Lökbatan”
 
Hakimlər: Rəvan Həmzəzadə, Eyyub İbrahimov, Samir Qaracayev, İslam Məmmədov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu (canlı, "AzPFL”)

13:30. "Kəpəz” – "Baku Sportinq”
 
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Namiq Bəkirov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Tovuz şəhər stadionu (canlı, "CBC Sport”)

15:00. "Kür-Araz” – "Araz-Naxçıvan”

Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Vüqar Bayramov, Emin Əliyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
"Dalğa Arena” (canlı, "AzPFL”)

18:00. "Lerik” – "Sumqayıt”
 
Hakimlər: Nicat İsmayıllı, Cəmil Quliyev, Orxan İbişov, Səbuhi Bayramov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
"Kapital Bank Arena” (canlı, "CBC Sport”)

Ötən gün "İrəvan", MOİK, "Karvan", "Səbail" və "Turan Tovuz" 1/8 finala yüksəliblər.
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->