XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Azərbaycan ordusu Laçında təlimlərə başladı
Siyasət06:19 19.10.2021

Azərbaycan ordusu Laçında təlimlərə başladı

Quru Qoşunlarının 2021-ci ilin hazırlıq planına uyğun olaraq oktyabrın 19-dan Laçında komanda-qərargah təlimi başlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. 
Təlim kommunikasiya vasitələrinin geniş tətbiqi ilə ərazi, xəritə və ərazinin maketi üzərində icra olunur.
Komanda-qərargah təlimində müasir idarəetmə üsullarının icra edilməsilə Quru Qoşunlarının digər qoşun növləri ilə qarşılıqlı əlaqədə fəaliyyəti yoxlanılır.